Millət vəkili: “Separatçılar təlxək hərəkətləri edirlər”

"Torpaqlarımızı azad edəndən sonra Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda qanunsuz hərəkətlər edən hərbi cani və cinayətkar seperatçı qruplar həbs olunacaqlar və etdikləri hərəkətlərə görə cavab verəcəklər". Bunu millət vəkili Elman Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma qurumun separatçıları təlxək hərəkətləri edirlər: "Onlar işğal etdikləri Azərbaycan ərazilərində qeyri-qanuni hərəkətlər edirlər. İndi də qondarma referendum keçirmək istəyirlər. Azərbaycan bununla bağlı benynəlxalq təşkilatlara, ATƏT-ə, BMT-yə etirazını bildirib. Beynəlxalq təşkilatlar isə bunun qarşısını almaq əvəzinə, cinayətkarları cinayətə həvəsləndirirlər. Azərbaycan torpaqlarını işğaldan azad edəcək və separatçılar hərkətlərinə görə cavab verəcəklər".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR