Politoloq: "Qondarma "DQR“ də "referendum”u heç kim tanımayacaq"

"Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni "referendum" adlı tamaşaların keçirilməsi beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, gülüncdür. Əgər həmin ərazidə bir nəfər də olsun azərbaycanlı yoxdursa, o zaman həmin ərazidə "referendumun" keçirilməsi məntiqə zidd hərəkətdir". Bunu politoloq Fikrət Sadıqov deyib.

Ermənistan tərəfindən atılan gülünc addımların həm beynəlxalq təşkilatlar, həm aparıcı dövlətlər tərəfindən çox yaxşı dərk edildiyini deyən politoloq deyib ki, amma nədənsə, sözügedən dairələr heç bir təzyiq göstərməməklə yanaşı, faktiki olaraq buna seyrci mövqe ilə baxıb, heç bir diplomatik, siyasi təzyiq göstərmirlər: "Onsuzda nə region, nə aparıcı dövlətlər, nə də beynəlxalq strukturlar "referendum"un nəticələrini tanımayacaqlar. Burada Ermənistan sadəcə özünü aldadır".

Politoloq qeyd edib ki, Ermənistanın bu addımının arxasında hansısa dairələrin diqqəti cəlb etmək məqsədi dayanır: "Ermənistanın hərəkətləri Azərbaycanın maraqlarına zidd olmaqla yanaşı təxribat xarakteri daşıyır. Xüsusilə də düşənən ölkənin hər hansı görüş ərəfəsində bu kimi addımlar atması gözləniləndir. Bilrisiniz ki, yaxın zamanlarda XİN başçılarının görüşü keçirilməlidir. Görüş ərəfəsində Ermənistanın belə addım atmaqla heç bir kompramisə getmədiklərini, razılığa gəlməyəcəklərini göstərmək istəyir. Lakin bu, addım həm həmsədr, həm də aparıcı ölkələrə qarşı rekasiyadır. Bütün bunların arxasında beynəlxalq təşkilatların, aparıcı ölkələrin ikili mövqe nümayiş etdirməsi dayanır. Düzdür, onun nəticələrini heç kim tanımayacaq. Amma biz istərdik ki, bu mövqe seçkilərdən sonra deyil, indi göstərilsin. ATƏT-in Minsk qrupu bununla bağlı bəyanat qəbul  edərək Ermənistanı sərt şəkildə tənqid edə bilər. Çox təəssüf ki, bu addımların atılmaması separatçıların "referendum" istəyi ilə nəticələnir". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR