Gündəmdə zəlzələ: Miqrasiya Xidməti və Arxitektura Komitəsi niyə ləğv olunur? - Təfsilat

Ölkə gündəmini struktur islahatları mövzusu zəbt edib. Bu reformların olacağını aylardır ki, xəbər veririk

Referendumdan sonra idaretmə strategiyasında dəyişikliklərin mərhələli şəkildə aparılacağını millət vəkilləri, hökumət rəsmiləri də dilə gətiriblər. 

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumata görə, hökumət içində gedən müzakirələr bir neçə dövlət qurumunun ləğvini aktuallaşdırıb. 

Büdcə yükünü yüngülləşdirmək və bürokratik əngəlləri aradan qaldırmaq məqsədi ilə Dövlət Miqrasiya Xidmətinin ASAN xidmətə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinə birləşdirilməsi nəzərdən keçirilir. 

Dövlət Miqrasiya Xidmətinin ləğv olunaraq ASAN Xidmətə verilməsinə zərurət yaranıb. Bu qurumun bəzi səlahiyyətləri ASAN xidmətə verilsə də, tamamilə strukturun demontajı təklif edilir. 

Hökumət tərəfindən islahat paketində və ekspertlərin təkliflərində Dövlət Miqrasiya Xidmətinin ləğv olunaraq ASAN Xidmətə verilməsi müzakirə olunur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinə birləşdirilməsi də zəruridir. 

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla Azərbaycanda 2 nazirlik birləşdirilib. 

Sərəncama uyğun olaraq Ramin Quluzadə Azərbaycanın Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Beləliklə, Ziya Məmmədov faktiki olaraq nazir postundan uzaqlaşdırılmış olub. Bu onun göstəricisidir ki, struktur islahatları davam etdirilir.

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumata görə, vaxtilə bir örnək kimi götürülən Rusiyanın federativ idarəetmə strukturlarına uyğun yaradılan qurumların ləğvi məsələsi yenidən gündəmə gəlib. 

Belə ki, Nazirlər Kabineti çoxsaylı nazirlik, komitələri özündə birləşdirir. Mərkəzi icra hakimiyyəti orqanı statusunda olan 40-dan çox quruma qənaət rejimində ehtiyac qalmır. Gürcüstanda, Ukraynada, Polşada və digər ölkələrdə Nazirlər Kabineti orta hesabla 18-20 nəfərdən ibarətdir. 

Bu ölkələrdə baş nazirin 2 müavini var, onlar da paralel olaraq həm də nazirlərdir. Azərbaycanda isə baş nazirin 6 müavini var. Dövlət büdcəsinə qənaət ilində onların sayının azadılacağı ehtimal edilir.

Mətbuatın verdiyi məlumata görə, rayonların birləşdirilməsinə də ehtiyac yaranıb. Qeyd edək ki, hazırda Azərbaycanda 66 rayon mövcuddur. Bu rayonların demək olar ki, hamısında çoxsaylı dövlət strukturları mövcuddur. 

Bəzi rayonlar həm iqtisadiyyatının və təsərrüfatının quruluşuna, həm də əhalinin həyat tərzi və tərkibinə görə, bir-birinə çox yaxındır. 

Bu mənada idarəetməni daha da təkmilləşdirmək, rayonların təsərrüfatının daha effektli idarə edilməsi və iqtisadi faydalılığının artırılması üçünonların birləşdirilməsi mümkündür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR