"Məcburi köçkünlərlə bağlı fərman prezidentin sosial siyasətinin təzahürüdür"

Bəzi məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı fərman prezident İlham Əliyevin sosial siyasətinin təzahürüdür. Bunu millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bildirib ki, bu fərman bir daha ölkə prezidentinin öz sosial siyasətini davam etdirdiyini təsdiqlədi:"Bundan əvvəl dövlət başçısı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına vəsaitlər ayırdı. Bunlar onu göstərir ki, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, həyat şəraitinin normallaşdırılması hər zaman prezidentin diqqət mərkəzindədir. Bu il yanvarın 23-də dövlət başçısının imzaladığı sərəncamla məcburi köçkün və onlara bərabər tutulan şəxslərin hər birinə yemək və kommunal xərclər üçün aylıq 36 manat müavinət təyin edildi. Bundan sonra isə prezident məskunlaşdığı ərazilərdə sayğacların quraşdırılması mümkün olmayan məcburi köçkünlərin kommunal xidmətlərinin onlar yeni yaşayış məntəqələrinə köçürülənə qədər dövlət hesabına ödənilməsi barədə fərman imzaladı. Yəni, yataqxanalarda, pansionatlarda, yarımçıq tikililərdə və digər qeyri-yaşayış yerlərində məskunlaşan məcburi köçkün və onlara bərabər tutulan ailələrin kommunal xidmət haqları yenə də dövlət hesabına ödəniləcək. Hesab edirəm ki, bu, Azərbaycan prezidentinin məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı mühüm addımıdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR