ABŞ-Rusiya müharibəsi başlayır: Putin əmr verdi, tanklar DƏNİZƏ GİRDİ - FOTO/VİDEO

  •  
  •  
  •  
  •  

"Soyuq müharibə"dən sonra ilk dəfə ABŞ hərbiçilərinin Rusiya sərhədinə gəlməsi ilə başlayan gərginlik davam edir.


Publika.az
 xəbər verir ki, ABŞ-ın bu addımına Rusiya quruda və dənizdə "əzələ nümayişi" ilə cavab verib.

Rusiya Silahlı Qüvvələri Ukrayna sərhədlərinə yaxın ərazidə hərbi təlimlər keçirib. Təlim zaman hərbi gəmilərdən suya atılan tanklar irəliləyərək, quruya çıxır və atəş açırlar.

Rusiya Müdafiə Nazirliyinin yaydığı videogörüntülərdə yeni nəsil tankları saatda 45 kilometr sürətlə irəliləyir.

Putin ötən həftə hərbi hava qüvvələrinə müharibəyə hazır ol əmri vermişdi.

Putin qəzəblidir

Hazırda ABŞ və Rusiya arasında ciddi gərginlik yaşanır. Ötən ilin ortalarından başlanan gərginliyə səbəb NATO qüvvələrinin Rusiya sərhədinə yerləşdirilməsidir. Putin buna qarşılıq olaraq Avropanın ortasında yerləşən Kaliniqrad kantonuna S-300 və "İsgəndər" raket kompleksləri yeriləşdirib. Həmçinin, Polşa ilə sərhəddə rus əsgərləri toplanır.

ABŞ əsgərləri Qara dənizdə

"Röyters"in məlumatına görə, dünəndən etibarən Amerika əsgərləri Rumıniyada Qara dəniz sahilində yerləşən hərbi bazaya gəlib.

Agentlik vaqonlara yüklənmiş Amerika hərbi texnikasının ilk fotolarını da yayıb.

Qeyd edək ki, yanvarın ortasında 80-dən çox tank və zirehli texnika ilə birlikdə 4 min amerikalı əsgər Avropaya gəlib. İngiltərə, Kanada və Almaniya da Şərqi Avropaya əsgər göndərəcəklərini açıqlayıblar. Bu qüvvələr Polşa, Baltikyanı ölkələr, Bolqarıstan və Rumıniyaya yerləşdiriləcək. Qüvvələrin toplanmasından sonra Rusiya ilə sərhəddə böyük hərbi təlimlər keçiriləcək.


Moskovachr("39")dan ABDchr("39")ye Sert Yanıt! Yüzen Tankları... by haberler Asif

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR