Tamerlan Vahabov: “Ermənistanın referendum keçirməsi qeyri-qanunidir”

"Fevralın 20-də Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qondarma "Dağlıq Qarabağ Respublikası"nda (DQR) "konstitusiya islahatları" ilə bağlı referendum keçirməsi məsələsi ilk dəfə deyil ki, gündəmdədir. Buna bir neçə müstəvidə baxmaq olar. Hüquqi müstəvidə baxanda bu tamamilə qeyri-qanunidir". Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına əsasən lokal referendumlar keçirilə bilməz: "Digər tərəfdən Ermənistan bunu çox gözəl başa düşür və öz çirkin siyasətindən əl çəkmir. Bu o deməkdir ki, sözügedən məsələ rəsmi İrəvanın daxili siyasi bazarına yönəlmiş bir hərəkətdir. Bu ondan başqa heç bir əhəmiyyət daşımır. Yəni heç bir dövlət nə Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qondarma "DQR"-i, nə də orada keçirilən "konstitusiya islahatları" ilə bağlı referendumu qanuni hesab etmir. Hətta onun nəticələrini də qəbul etmir. Ona görə də bu daxili bir oyundur. Uzunmüddətli baxdıqda bunun neqativ fəsadları vardır.

Hesab edirəm ki, rəsmi Bakı Ermənistanın xırda addımlarına hər hansı bir ciddi addım atmamalıdır. Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də lazımi beynəlxalq qurumlar səviyyəsində məsələnin araşdırılması və münaqişənin həllinə dair atdığı addımları davam etdirməlidir. Bu onu göstərir ki, Azərbaycan düzgün və qanuni yoldadır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR