Politoloq: "Qondarma “DQR”-də “konstitusiya islahatları”nın hüquqi əsasları yoxdur" 

"Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qondarma "DQR"-də "konstitusiya islahatları" ilə bağlı keçirəcəyi referendumun hüququ əsasları yoxdur. Çünki Ermənistan özü qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır, tanısa belə onun hüququ statusu yoxdur". Bunu  politoloq Cümşüd Nuriyev deyib. 

Onun sözlərinə görə, Ermənistanı bu addımı beynəlxalq hüquqa ziddir: "Münaqişə olan yerdə ümumiyyətlə, bu məsələlər müzakirə olunmur. Bu baxımdan  düşmən ölkənin qondarma "DQR"da referendum keçirmək istəyi daxili auditorioyaya hesablanıb. Bilirsiniz ki, apreldə düşmən ölkədə prezident seçkiləri keçiriləcək, Sarkisyan bununla həm seçkilərdə qələbə qazanmaq, həm də Ermənistan erməniləri ilə Dağlıq Qarabağ erməniləri arasında qarşıdurmanı aradan qaldırmaq niyyətindədir. Lakin bu ağılsız və uğursuz düşüncələrdir. Ermənistanın sözügedən "konstitusiya islahatları" savadsız siyasi addımdır. Çünki tanınmayan bir  qurumun atacağı hər hansı addımın heç bir mənası yoxdur".

C. Nuriyev qeyd edib ki, Ermənistanın bu addımlarının arxasında Azərbaycana qarşı provakasiya və siyasi tələ dayanır: "Son zamanlar fikir verirsinizsə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən kənar sərhəd rayonları olan Qazax, Tovuz, Ağstafa və Naxçıvanda  atəşkəsi pozmağa çalışır. Onlar bu addımları ilə Azərbaycan ordusunun sərhədi keçməsinə çalışırlar.  Düşünürlər ki, belə addımlar atmaqla ordumuz sərhədi keçəcək və onlar da avtomatik olaraq KTMT-nin hüququ qüvvəyə malik olmasında istifadə edəcəklər. Lakin Azərbaycan heç zaman onlara belə bir şans verməz. Çünki, ölkəmizin kifayət qədər silahı var. Hətta Yevlaxdan İrəvanı vurmaq gücünə malikik. Bu baxımdan Ermənistanın son addımları düşüncəsiz şəkildə atılır. Burada təbii ki, Rusiyanın da rolu var. Lakin bunların heç biri nəticə verməyəcək".

"Ümumilikdə  Ermənistanın fevralın 20-də keçirəcəyi  "konstitusiya islahatları"  onların çıxılmaz vəziyyətdə olduğunu bir daha göstərir. Düşmən ölkənin siyasi cəhətdən uğur qazanmaq şansları yoxdur" - deyə, politoloq əlavə edib.   Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR