Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün fevralın 15-də Silahlı Qüvvələrin Hərbi Akademiyasına tanışlıq səfəri təşkil olunub. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,  on beş dövləti təmsil edən 20-dən çox hərbi attaşelik aparatının nümayəndələri akademiyanın tədris fəaliyyəti ilə tanış olub, onlara təhsil müəssisəsi haqqında brifinq təqdim edilib və maraqlandıran suallar cavablandırılıb.
Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR