Rusiya səfiri: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha ciddi məşğul olmalıyıq"

"Bizim səfərimiz bir tərəfdən professional xarakter daşıyır, burada informasiya alırıq, amma digər tərəfdən bunun emosional tərəfləri də var". Bu sözləri bir qrup səfir və beynəlxalq təşkilat nümayəndələri ilə Cəbrayılrayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. O bildirib ki, münaqişə barədə kağızlardan oxumaq və ya çıxışları dinləməkdən fərqli olaraq, orada öz gözləri ilə hər şeyi görür, insanlarla danışırlar: "Bu, təbii ki, bir daha o mesajı verir ki, biz münaqişənin həlli ilə daha ciddi məşğul olmalıyıq.  Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi çox iş görür və biz digər həmkarlarımızla birlikdə bunu etməyə davam edəcəyik". Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR