Fransalı senator: "Azərbaycanın işğal olunmuş ərazilərində "referendum"u heç kim legitim hesab edə bilməz"

Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı seçkinin və ya referendumun keçirilməsini heç kim legitim hesab edə bilməz. Bu sözləri  Fransa Senatının xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib. Fevralın 20-nə təyin olunmuş qondarma dövlətin "konstitusiyasında dəyişikliklərlə bağlı referendum"u şərh edən senator deyib ki, tarixi faktların saxtalaşdırılması yeni həqiqəti yaratmayacaq və Dağlıq Qarabaq münaqişəsini həll etməyəcək. N.Qule onu da əlavə edib ki, "Dağlıq Qarabağ Respublikası" mövcud deyil və hətta Ermənistan da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanımır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR