Musa Quliyev: "Dəyişiklik məcburi-köçkünlərə diqqətin ifadəsidir"

"Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Fərmana dəyişikliyin edilməsi Ölkə başçısının humanist siyasətinin təzahürüdür". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

Onun sözlərinə görə, fərmana edilən dəyişiklik ölkənin aztəminatlı ailələrinə qayğının ifadəsi olmaqla yanaşı, məcburi köçkünlərə və qaçqın soydaşlarımıza xüsusi diqqətin ifadəsidir: "Bilirsiniz ki, bir müddət öncə Azərbaycan prezidentinin məcbur köçkünlərin yaşadığı evlərin sayğaclaşdırılması ilə bağlı fərmanı olmuşdu. Lakin işin gedişi zamanı məlum oldu ki, elə qaçqın, məcburi köçkünlərimiz var ki, onların yaşadıqları inzibati binalarda sayğaclaşma aparmaq üçün imkan yoxdur. Azərbaycan Prezidenti bu reallığı nəzərə alaraq, onların istilik, elektrik enerjisi ilə təminatının davamlı və keyfiyyətli olması məqsədilə fərmana dəyişiklik etdi. Dəyişikliyə əsasən, ictimai binalarda, yataqxanalarda qalan şəxslərin istilik və işıq enerjisinin təminatı dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək".

M. Quliyev qeyd edib ki, lakin yeni mənzillə təmin olunan məcburi köçkünlər əvvəlki fərman icra olunmaqla öz xərclərini onlara ayrılan nəğd pulla ödəyəcəklər: "Fərmana edilən dəyişiklik məcburi köçkünlərin işıq və istilik enerjisi ilə təminatının fasiləsiz, keyfiyyətli olmasına şərait yaradacaq. İşıq enerjisinin müəyyən edilən limit əsasında istifadəsinin xərcləri də dövlət tərəfindən həyata keçiriləcək. Dəyişiklik müəyyən çətinliklərlə üzləşən məcburi köçkünlər tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Müvafiq icra hakimiyyəti orqanları 3 gün müddətində fərmandan irəli gələn məsələləri yerinə yetirəcəklər". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR