"Ayıb olsun!" - Elçibəyin qardaşından Zərdüşt Əlizadəyə cavab

Zərdüşt Əlizadənin mərhum prezident Əbülfəz Elçibəy haqqında fikirlər səsləndirməsi cəmiyyətdə geniş müzakirə mövzusu olub.

Onun "Elçibəy ölmüş türk dünyasını diriltmək haqqında danışan siyasi Şeyx Nəsrullah idi. 90-cı illərin əvvəllərinin cahil camaatı isə onun dediklərinə inanırdı" deyimi cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Millət vəkilləri, tanınmış siyasi xadimlər Z.Əlizadəni bu dediklərinə görə qınayıblar.

Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev unikal.org-a açıqlamasında məsələyə münaisbət bildirib. 

O, qeyd edib ki, Elçibəyin kim olduğunu Azərbaycan xalqı yaxşı bilir: "Ölünün arxasınca danışmaq ayıbdır. Bəzi adamlar Zərdüşt kimiləri öyrədir. Bunlar da belə tip insanlardır, nə edək?. Onların kim olduğunu hər kəs yaxşı bilir. Elçibəy neçə ildir rəhmətə gedib. İndi durub onun arxasında danışmaq yaxşı deyil. Ayıb olsun! Mən də onlar haqqında çox şey bilirəm. Ancaq danışmaq istəmirəm. Onların atasını da, anasını da yaxşı tanıyıram".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR