Raqub Məmmədov: "Prezident İlham Əliyevin fərmanını məcburi köçkünlər rəğbətlə qarşılayıblar"

Bəzi məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərman məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanıb. Bu barədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

Məlahət İbrahimqızı: "Sərəncam humanizmə əsaslanıb"

İcra başçısı bildirib ki, bu fərman bir daha sübut etdi ki, prezident İlham Əliyev əhalinin, xüsusən də məcburi köçkünlərin problemlərini daim diqqətdə saxlayır və bu problemlərin həllinə çalışır: "Cənab prezidentin bu addımı məcburi köçkünlərə diqqət və qayğısının növbəti təzahürüdür. Bu fərman məcburi köçkünlər tərəfindən yüksək səviyyədə qiymətləndirilir, onlar dövlət başçısına təşəkkürlərini bildirirlər. Hazırda həmin kateqoriyaya aid olan ərazilərin müəyyənləşdirilməsi ilə məşğuluq, əhali ilə görüşürük. Bu, məcburi köçkünlərin indiki vəziyyətində vaxtında verilmiş qərardır". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR