“Olland artıq pensioner olduğundan ağzına gələni danışır”

O, maliyyəyə görə  beynəlxalq hüquq normalarını pozmağa hazır oldğunu göstərib

Ermənistanın cəbhə xəttində uğursuzluqları diplomatik sahədə də təkrarlanmaqdadır. Hələ ötən ilin aprel ayında aldığı ağır zərbələrdən özünə gəlməyən Ermənistan indi də diplomak sahədə məğlubiyyətilə barışmaq zorunda qalıb. Xüsusən Aleksandr Lapşinin Azərbaycana gətirilməsi erməni siyasətçiləri və diasporasının belini qırıb. Çox təəssüf ki, Ermənistanın çinayətkar rəhbərliyi çıxış yolu kimi təxribat versiyasını seçib. Ermən "başbilənləri" təxribat şəbəkələrini genişləndirməklə  öz hakimiyyətlərinin vaxtını uzatmaq niyyəti güdür. Belə ki,  İrəvanın destruktiv hərəkətləri nəzitcəsində son günlərdə Ermənistan-Azərbaycan cəbhəsində  vəziyytət günü-gündən  gərginləşməkdədir.  Azərbaycan Silahlı Qüvvələri hər  bir neçə dəfədir ki, erməni  diversiya qruplarının təxribatçı hərəkətlərinin qarşısını alır.  Azərbaycan ordusu erməni təxribatçılarının layiqli dərsini verir və onları ciddi itkilərə məruz qoyur. Burada digər əsas məqam isə odur ki,  İrəvanın  havadarları onları cəbhə bölgəsində vəziyyəti daha da gərginləşdirməyə həvəsləndirir. Elə bir neçə gün öncə ATƏT Minsk qrupunun üç həmsədr ölkələrindən biri olan Fransanın prezidenti Fransua  Olland bu ölkədə yaşayan erməni diasporasının  nümayəndələri ilə görüşdə, Parisin münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikləri və beynəlxalq hüquq normalarını pozaraq, təcavüzkarın siyasətinə dəstək verib. Fransa prezidenti münaqişənin həlli ilə bağlı açıqlamasında deyib ki, Dağlıq Qarabağ  problemi burada yaşayan xalqın "özmüqəddəratını təyinetmə" yolu ilə həll olunmalıdır. Millət vəkili Asim Mollazadə  deyib ki,  ermənilər hər gün atəşkəs rejimini  pozur  və təəssüflər olsun hərbçilər, mülki şəxslər bu atəşkəs rejiminin pozulmasının qurbanına çevrilir: "Düzdür, Azərbaycanın  Silahlı Qüvvələri ermənilərin hər cür təxribatının qarşısını alır  və onların alyiqli cavabını verir. Buna baxmayaraq, Ermənistan öz siyasətində dəyişiklik etmir və İrəvan  beynəlxalq  hüquq normalarını pozmaqda davam edir. Burada söhbət artıq hansısa dondurulmuş münaqişədən getmir". "Ermənilərin   bu təxribatları  genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilərmi" sualına cavabında isə A.Mollazadə deyib ki, bu gün Silahlı Qüvvələrimiz yetərincə güclü olduğundan ermənilərin genişmiqyaslı hərbi əməliyyatlara  başlayacağına ümid etmir: "Ancaq istisna da etmirəm.  Müstəqilliyini itirən Ermənistanın xarici havadarları ona əmr edəndə belə bir addıma gedə bilərlər. Hələlik bunun üçün  heç bir əsas yoxdur". Fransa prezidenti Fransa Ollandın  Ermənistan-Azərbaycan münaqişəsinin  tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlərə gəlincə, millət vəkili deyib ki,  Olland artıq iflasa uğramış bir siyasətçidir: "O, partiyasının nüfuzunu bərpa etmək üçün erməni icması ilə görüşdə onlardan maliyyə dəstəyi almaq üçün beynəlxalq hüquq normalarına zidd olaraq, belə bir fikir səsləndirib.  Bu, bir daha onun daxili mahiyyətini göstərir. Maliyyəyə görə o beynəlxalq hüquq normalarını pozmağa və ona tüpürməyə hazır oldğunu göstərib". Millət vəkili Rasim Musabəyov isə cəbhə xəttində yaranmış gərginliyin genişmiqyaslı hərbi əməliyyatlara keçməsini istisna etməyib: "Elə keçən il də aprel döyüşləri öncəsi  cəbhə xəttində belə gərginlik yaranmışdı və nəticədə genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxardı. İndi münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin dondurulmasını  nəzərə alsaq, o zaman gərginlik bundan sonra daha da artacaq". Fransa prezidenti Fransua Ollandın səsləndirdiyi fikirlərə gəldikdə isə millət vəkili deyib ki, o, artıq pensioner olduğundan ağzına gələni danışır. "Onun artıq iki ay müddəti qalıb. Ondan sonra  prezident olmayacaq. Ona görə də belə məsuliyyətsiz fikirlər səsləndirir. Əgər  əvvəllər  dediyi sözüə görə hansısa reaksiya veriləcəyindən ehtiyatlanırdısa, indi o belə bir məsuliyyət daşımır. Ən azından burada yetərincə frnasız şirkətləri fəaliyyət göstərirdi və Fransa ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsində maraqlı deyildi. İndi isə gözünü yumub, ağzını açı". Millət vəkili Rövşən Rzayev deyib ki, Fransa prezidentinin söylədiyi fikirlər ədalətdən kənar, eləcə də erməni diasporunun təkidi altında verilən bəyanatdır: "Aprel ayında Fransada yeni seçkilərin keçiriləcəyini xatırladan millət vəkili qeyd edib ki, Olland belə ifadələr işlətməklə erməni diasporunun təkidi ilə seçkilərdə müəyyən uğur qazanmaq niyyətindədir: "Olland kimi nüfuzlu şəxsin belə bir hərəkətə yol verməsinə təəssüflənirəm. Düşünürəm ki, bu, onun ən kobud səhvidir. Prezident olan bir şəxs bu cür ədalətsiz mövqe nümayiş etdirməməlidir.  Bu yanlış və narahatedici bir haldır". Minsk qrupu formatının dəyişdirilməsi məsələsinə  münasibət bildirən millət vəkili qeyd edib ki, formatın dəyişdirilməsi Azərbaycanın xeyrinə işləməyəcək: "Minsk qrupu formatının dəyişdirilməsi digər məsələlərə gətirib çıxara bilər. Bu baxımdan formatın dəyişdirilməsi ilə əlaqədar hər hansı məsələnin qaldırılmasına lüzum yoxdur. Çünki bu bizim xeyrimizə olmayacaq".   

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR