Dövlət başçısından məcburi köçkünlərə daha bir dəstək

Bəzi məcburi köçkünlərin kommunal xidmət haqları dövlət hesabına ödəniləcək

Azərbaycan dövləti və onun prezidenti İlham Əliyevin həyata keçidiyi social siyasət bir sıra ölkələrə nümunə kimi təqdim edilə bilər. Xüsusilə, dünya ölkələrində qaçqın və məcburi köçkünlərin sayının artması, miqrant məsələsinin aktuallaşmsı bir daha göstərdi ki, belə bir çətin şəraitdə bu kateqoriyadan olan insanların sosial problemlərini həll etmək elə də asan məsələ deyil. Çünki dövlətlərin kifayət qədər maliyyə ehtiyatı olsa belə, idarəetmədəki çüzi səhv bu həssas təbəqədən olan insanlarla bağlı yürüdülən siyasəti alt-üst edə bilər. Prezident İlham Əliyevin yürütdüyü sosial siyasət isə bir daha göstərdi ki, Azərbaycanda  on illərdən bəri qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən tədbirlər düşünülmüş siyasətin təzhürüdür və uğurla davam etdirilir. Xatırladaq ki,  Azərbaycan sosial dövlət olduğundan onun  daxili siyasət kursunun mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ümumiyyətlə, dövlət başçısının həyata keçirdiyi sosial siyasətin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Azərbaycanın sürətli inkişafı, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür. Ölkəmizdə qaçqın və məcburi köçkünlər yüksək dövlət qayğısı ilə əhatə olunublar. Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə, məşğulluqlarının təmin edilməsinə davamlı qayğı göstərir, mühüm qərarlar qəbul olunur. Bu siyasətin davamı olaraqAzərbaycan prezidenti İlham Əliyev"Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" fərman verib. Fərmana əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunacaq. Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödəniləcək. Eyni zamanda həmin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20 manat məbləğində müəyyən edilib. Deputat Eldəniz Səlimov deyib ki, bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərman ölkə Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür: "Dövlət başçısının bu addımı da digər addımları kimi, hər kəs tərəfindən təqdir edilir və ürəkdən alqışlanılır". E. Səlimov bildirib ki, ölkə Prezidenti qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib: "Eyni zamanda, dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayıb, bu məsələlərə qayğı ilə yanaşıb, onların həlli ilə bağlı zəruri tədbirlər görüb.Yəni, İlham Əliyev prezidentliyi dövründə mərhum dövlət başçısı, Ulu Öndər Heydər Əliyevin yolunu davam etdirərək, qaçqın və məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin problemlərinə diqqəti həmişə bir nömrəli məsələ kimi saxlayıb. Prezidentin son fərmanı da bütün bunları bir daha təsdiq etdi. Qaçqın və məcburi köçkünlərimizin problemləri, onlarla bağlı məsələlər bundan sonra da dövlətimizin diqqətində və nəzarətində olacaq, bu istiqamətdə gərəkən digər addımlar da atılacaq. Kimsənin də buna şübhəsi olmasın".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR