Deputat: "Ağır cinayət törətməyən şəxslərin cəmiyyətə qaytarılması..."

Bəzən hansısa gənc xırda xuliqanlığa görə cəzaçəkmə müəssisələrinə salınır. Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı ağır cinayət törətməyən insanların yenidən cəmiyyətə, normal fəaliyyətə qaytarılması baxımından çox təqdirəlayiqdir. Bunu  Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

Millət vəkilinin sözlərinə görə, məqsəd vətəndaşın cəmiyyətdə normal fəaliyyət göstərməsi, onun təkrar cinayət törətməməsi və törətdiyi cinayətin mahiyyətini, onun yolverilməz olduğunu dərk etməsidir. Əgər o şəxs bunları başa düşürsə və ətrafdakılarda buna əminlik varsa, o zaman onun yenidən cəmiyyətə qayıtması daha məqsədəmüvafiqdir: 

"Penitensiar xidmətin əsas məqsədi cinayət törətmiş şəxsin cəzalandırılması ilə yanaşı, onun düz yola qayıtması, tərbiyə olunması və cinayət etməməsidir. Düzdür, hər kəs törətdiyi qanun pozuntusuna və cinayətə görə cəzalanmalıdır, amma bəzən görürsən ki, hansısa bir gənc xırda xuliqanlığa və ya böyük ictimai təhlükə törətməyən, az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs olunaraq cəzaçəkmə müəssisələrinə salınır. Həmin gənc onsuz da törətdiyi əməldan qısa müddət sonra başa düşür ki, səhv edib. Ona görə də hesab edirəm ki, o gəncin həbsxanaya salınması yox, cəmiyyətə qayıtması daha yaxşı olar. Bu baxımdan dövlət başçısının sərəncamı təqdirəlayiqdir". Milli.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR