Nizami Cəfərov: "Prezidentimiz qaçqın və məcburi köçkünlər məsələsinə çox həssas yanaşır"

"Bizim dövlətimiz, xüsusilə də prezidentimiz qaçqın və məcburi köçkünlər məsələsinə çox həssas yanaşır. Prezident İlham Əliyevin bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərman imzalaması onların həyat şəraitinin yaxşılaşdırılması üçün atılmış növbəti addımdır". Bunu  Milli Məclisin üzvü Nizami Cəfərov deyib.

Millət vəkilinin sözlərinə görə, bu elə həssas sahədir ki, bəzən konkret vəziyyəti nəzərə alıb yeni fərman vermək lazım gəlir: "Məsələn, elə evlər var ki, texniki baxımdan onlara qaz və ya su sayğacları quraşdırmaq mümkün deyil. Birinci fərman ümumi qaydada, ikincisi isə xüsusi hallar üçün verilir. hamısında qaçqın və köçkünlərin mənafeyi gözlənilir. Prezident İlham Əliyevin son fərmanı da bu baxımdan diqqəti cəlb edir. Amma yenə də əsas məsələ, əsas maraq onların öz doğma yurdlarına qayıtmasıdır. Cocuq Mərcanlı kəndi ilə bağlı proses bunun üçün çox yaxşı başlanğıcdır. Bu o deməkdir ki, həm əsas, strateji iş görülür, həm də taktiki cəhətdən ciddi addımlar atılır".

Qeyd edək ki, prezident İlham Əliyev məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlərin 01 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçirilməsi barədə fərman imzalayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR