Prezidentin imzaladığı fərman dövlət başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının təzahürüdür

"Azərbaycanda həyata keçirilən sosial siyasət Ermənistanın işğalı nəticəsində doğma ev-eşiklərindən didərgin düşən qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə münasibətdə özünü açıq ifadə edir". "OLAYLAR"-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli səsləndirib. O, bildirib ki, Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib: "Dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayıb və onların həlli ilə bağlı zəruri tədbirlər görüb.

Son 13 ildə Prezident İlham Əliyev tərəfindən qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası, o cümlədən də bu qəbildən olan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Belə ki, bəhs olunan dövrdə müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Cənab Prezidentin imzaladığı müvafiq fərmana dəyişiklik də dövlət başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR