Ordu müharibəyə hazır vəziyyətə gətirildi

Ukraynanın şərqində gedən döyüşlər şiddətləndiyi bir vaxtda Rusiya Silahlı Qüvvələri döyüş hazırlığına başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Qərb diviziyaları, o cümlədən Sankt-Peterburqda yerləşən hərbi hava və dəniz qüvvələri müharibəyə hazır vəziyyətə gətirilib.

Faktı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.

Nazirliyin yaydığı məlumatda deyilir ki, Rusiya ordusunun Qərb hərbi birləşmələri yeni genişmiqyaslı təlimlər keçirəcək. Hərbi təlimlərin Ukrayna və digər Şərqi Avropa ölkələri ilə sərhədə yaxın bölgələrdə keçiriləcəyi ehtimal edilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR