Moskva sağ qalmaq üçün nüvə silahına əl atır: Rusiyaya qarşı QORXUNC PLAN - VİDEO

 

  • 14 Fevral 2017 18:24
  • 795 Baxış
  •  
  •  

NATO-nun hərbi komitəsində Rusiya ərazisinin Ukrayna gücləri tərəfindən raket atəşinə tutulması planını hazırlayırlar.

Publika.az xəbər verir ki, bu iddianı "Rossiya-1" telekanalının efirində Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü İqor Morozov səsləndirib.

"Ukraynalılar "LXR"i (Ukraynanın şərqində yaradılan "Luqansk Xalq Respublikası" separatçı qurumu - red.) yüksək dəqiqlikli raketlərlə atəşə tutdular. Onlar əvvəl "sülhə görə əməkdaşlıq" proqramı çərçivəsində komanda-ştab təlimləri keçirirdilər. Beynəlxalq döyüş hazırlığı mərkəzində Amerika təlimatçıları tərəfindən öyrədilirdilər. Və bu gün "LXR"ə raket atəşlərini görürük. Sabah "DXR"i (Ukraynanın şərqində yaradılan "Donetsk Xalq Respublikası" separatçı qurumu - red.) vuracaqlar? Bir müddət sonra sərhədi keçərək Rusiyanı vuracaqlar?" - deyə senator bildirib.

Onun sözlərinə görə, bu, NATO-nun hərbi komitəsində hazırlanan ssenaridir.

Komitə üzvü xatırladıb ki, Rusiya mövcudluğuna təhlükə olacağı halda, birtərəfli qaydada nüvə silahını tətbiq edə bilər.

Ömər Dağlı

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR