Vəkil: "Prezidentin sərəncamı insan hüquqlarının qorunması üçün nümunəvi təşəbbüsdür"

Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli sərəncamı məhkumların hüquqlarının qorunması istiqamətində atılan humanist addımdır. Bunu  açıqlamasında İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova deyib.

Onun sözlərinə görə, dövlət başçısının bu addımı, həmçinin insan hüquqlarının qorunması üçün nümunəvi təşəbbüsdür:

"Bu prosesdə az ağır cinayət törədən şəxslərin həbs yox, ictimai işlərə cəlb edilməsi alqışlanmalıdır. Yəni təqsirləndirilən şəxs az ağır cinayət törədibsə, niyə həbs olunmalıdır?"

İ.Cavadova hesab edir ki, prezidentin sərəncamından sonra bu proses təkmilləşdiriləcək və bu sahədəki problemlər aradan qaldırılacaq. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR