Prezidentdən məcburi köçkünlərə daha bir müjdə

Bəzi məcburi köçkünlərin kommunal xidmət haqları onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödəniləcək

Hazırda qlobal səviyyədə hökm sürən iqtisadi və maliyyə problemləri hətta iqtisadi baxımdan ən inkişaf etmiş ölkələrdə ciddi sosial problemlərə, yoxsulluq səviyyəsinin artmasına səbəb olur. Vəziyyətdən çıxış yolu kimi isə bir sıra ölkə rəhbərləri sosial sahədə həyata keçirilən islahatların dayandırılması, pensiya və müavinətlərin, əhalinin güzəştli təbəqsinə tətbiq ediıən imtiyazların ləğvinə qərar verir. Ancaq Azərbaycan istisna olmaqla. Azərbaycan dövləti və onun prezidentinin müəyyən etmiş olduğu uğurlu iqtisadi siyasət əhalinin sosial problemlərinin həlli istiqamıətində önəmli baza rolunu oynayır. Bir müddət əvvəl dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında minimum əmək haqqı və pensiyaların artırılması, məcburi köçkünlər üçün aylıq müavinətin təyin edilməsi, eləcə də bu kimi sosial yönümlü islahatlar deyilənlərin bariz nümunəsidir. Bütün bunlar eyni zamanda Azərbaycan Prezidentinin hər bir vətəndaşı düşündüyünün, onun üzləşdiyi problemi öz problemi hesab etdiyinin, bunun məntiqi nəticəsi olaraq isə həmin problemlərin həllinə ciddi cəhdlə çalışdığının göstəricisidir. Sevindirici hal ondan ibarətdir ki, dövlət başçısının atmış olduğu bu kimi addımlar sistemli xarakter daşıyır və ölkə prezidenti mütəmadi olaraq əhalinin sosial problemlərinin həllini diqqətdə saxlayır. Ötən gün dövlət başçısının "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına dəyişikliklər edilməsi barədə imzaladığı Fərman da bunun  bariz nümunəsidir.  Məlumat üçün qeyd edək ki, dəyişikliyə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunur. Fərmanda diqqət çəkən digər bir mühüm məam ondan ibarətdir ki, fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilir. Fərmanda nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20,0 (iyrimi) manat məbləğində müəyyən edilir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli fərmanı öz-özlüyündə müsbət dəyərləndirilsə də, ancaq etiraf etmək lazımdır ki, həmin sənədin icrası müəyyən problemlər yaradırdı. Belə ki, məcburi köçklünlərin məskunlaşdığı yerlərdə kommunal xidmətlərin göstərilməsini təmin etməli olan aidiyyatı qurumların zamanında bu işə məsuliyyətlə yanaşmaması indiki halda müəyyən çətinliklər yaratmışdı. Ona görə də bir növ dövlət başçısının 23 yanvar tarixli fərmanının icra prosesi yubanırdı. Baxmayaraq ki, dövlət başçısının əvvəlki fərmanının zamanında icra edilə bilməməsinə məsuliyyəti məhz bu sahəyə cavabdeh olan bəzi qurumlar daşıyırdı. Ancaq yenə də mövcud vəziyyətdən çıxış yolunu məhz dövlət başçısı müəyyənlışdirdi və yuxarlda da qeyd etdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına dəyişikliklər edilməsi barədə imzaladığı Fərman imzaladı.

Birmanalı olaraq qeyd etmək lazımdır ki, dövlət başçısının imzalamış olduğu fərman bir daha sübut etdi ki, məcburi köçkünlər, onların həyat şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həlli birbaşa dövlət başçısının diqqətindədir. Azərbaycan Prezidentinin imzalamış olduğu son fərman məcburi köçkünlərə birbaşa müavinətlərin təyin edilmıəsi, Cocuq Mərcanlı kəndinin bərpası və bu kimi mühüm fərman və sərəncamların davamıdır. Bu həm də məcburi köçkünlərdə bir daha əminlik yaradır ki, dövlət və onun prezidenti məcburi köçkünlərin güvənc yeridir.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR