Aydın Mirzəzadə: “İrəvan şəhəri 100 illiyə ermənilərə icarəyə verildi”

"Aleksandr Lapşin 3 ölkənin vətəndaşı olsa da, Ermənistan dövləti öz siyasətini bu şəxs ətrafında qurmağa çalışır. Sual olunur, nəyə görə Lapşinin həbsi Ermənistanı bu dərəcədə narahat edir? Bəlkə Lapşin 3 yox, 4 ölkənin vətəndaşıdır?" "Olaylar"xəbər  verir ki, bunu YAP-çı deputat Aydın Mirzəzadə Milli Məclisdəki müzakirələrdə  deyib. O, qeyd edib ki, İrəvanın bloggeri müdafiə etməsi səbəbsiz deyil: "Lapşinin ərazilərimizə qeyri-qanuni səfərlərindən sonra yazdıqlarında Ermənistanın kəşfiyyat orqanlarının dəst-xətti hiss olunurdu". A.Mirzəzadə deyib ki, Bakı A.Lapşinlə bağlı güzəştə getməyəcək, o, Azərbaycan məhkəməsi qarşısında cavab verəcək. Deputat Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına cəhd göstərənlərdən də bəhs edib: "Azərbaycan dövləti yarandıqdan bir gün sonra onun tarixi ərazisi olan İrəvan şəhəri 100 illiyə ermənilərə icarəyə verildi".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR