Separatçı rejimin KVN komandası indi də Moskvaya yollanıb

İşğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimi təmsil edən "Duz və çörəklə" adlı KVN komandası Rusiya paytaxtında çıxış edəcək.

Bu barədə ermənilərin "VKontakte" sosial şəbəkəsindəki "Artsax-Dağlıq Qarabağ" adlı səhifəsində məlumat yerləşdirilib. Komandanın fevralın 16-da keçiriləcək Moskva və Moskva vilayət liqası festivalında iştirak edəcəyi bildirilib. Həmin səhifədən Moskva və Moskva vilayətində yaşayan ermənilərin komandaya dəstək verməsi üçün çağırış edilib.

Qeyd edək ki, separatçı rejimin komandası bir müddət əvvəl Soçidə keçirilən KVN turnirində Dağlıq Qarabağ adından çıxış etməyə cəhd göstərib. Azərbaycan Gənclər və İdman Nazirliyinin etirazından sonra ermənilərin bu təxribatının qarşısı alınıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR