Əlizadə qardaşlarını kimlər danışdırır?

Yaxud "mehriban" qardaşlar vasitəsilə şimaldan və cənubdan gələn ideoloji zərbə

Əlizadə qardaşları yenə öz amplualarındadır. Bu dəfə də Əlizadə qardaşlarının hədəfi türkçülükdür. Türk millətinə nifrət hissləri ilə seçilən qardaşlar mütəmadi olaraq mətbuata verdikləri müsahibələrlə bunu açıq şəkikldə ortaya qoyurlar. Bu günlərdə yenə Əlizadə qardaşları Türkçülük əleyhinə fəaliyyətdədirlər. Əgər bir neçə gün əvvəl millət vəkili Araz Əlizadə yerli mətbuata verdiyi müsahibədə Bakını bolşevik-daşnak birləşməlrindən azad edən Nuru Paşanı hədəf alımışdısa, qardaşı Zərdüşt Əlizadə isə Milli Azadlıq Hərəkatının öncüllərini, xüsusilə Xəlil Rza Ulutürkə qarşı qərəz, böhtan dolu ifadələr işlədib. Əlizadə qardaşlarının mütəmadi olaraq türk millətini, onun öndə gedən ziyalılarını qərəzli yerə tənqid etməsi, hətta onları aşağılayan fikirlər səsləndirməsi əksəriyyət tərəfindən ciddi etirazla qarşılanıb. Xüsusilə, Zərdüşt Əlizadənin Milli Azadlıq Hərəkatının öncüllərini DTK-nın agenti kimi qələmə verməsi kəskin reaksiya doğurub. Müstəqil ekspert Rövşən Məmmədli deyib ki, Zərdüşt Əlizadə özü DTK-nın agenti olub. Onun sözlərinə görə, Zərdüşt Əlizadə hələ Sovetlər dövründə Dövlət Təhlükəsizlik Komitəsinə agent kimi cəlb olunub, dəfələrlə bu qurumun təlim hazırlıqlarında iştirak edib: "Bunu Zərdüşt Əlizadə ilə birgə həmin təlimlərə cəlb olunmuş çox inandığım bir şəxs mənə deyib. Zərdüşt Əlizadə milli problemlərimizi üzə çıxaran,vətən sevgili ,milli duyğulu,əsarətə qarşı üsyankar şairimiz Xəlil Rzanın KQB-yə "xidmət etdiyini" yazır. Xəlil Rzanı milli ədavəti qızışdıran, tüpürcək ilə erməniləri qovmağa xalqı çağıran, ermənilərə xəndək qazan.bir adam adlandırır. Sonda isə müharibədə şəhid olan oğlu Təbrizin həmin "xəndəyə yıxıldığını yazır". Türkçülüyə, Turançılığa hələ uşaq ikən valideyinlərinin yönəltməsi ilə asi kəsilən Zərdüşt Əlizadədən Azərbaycanın milli ruhlu ziyalılarına çoxlu hədyanlar, şər və böhtanlar eşitmişdik. Ancaq Xəlil Rza və Bəxtiyar Vahabzadə ilə bağlı bu qədər nifrət püskürəcəyini gözləməzdik. Xəlil Rza şair olduğu Sovetlər dönəmində ermənilərin əleyhinə bir cümlə də yazmayıb. .Ancaq sovetlərin çöküşündən istifadə edərək Azərbaycanın cənnət diyari, tarixi torpaği, bir parçasi olan Qarabağı ermənilər zorla, seperat yolla Ermənistana birləşdirmək kimi xain planlara başlayanda, təbii vətənpərvər şair Xəlil Rza buna dözməzdi. Ermənilər öz çirkin məqsədlərinə çatmaq üçün Azərbaycanda, o cümlədən Bakıda yaşayan ermənilərdən istifadə edib Azərbaycanı qan meydanına, Bakını Beyruta çevirmək istəyirdilər. Azərbaycanın çörəyinin yaxşı yerini yeyib Azərbaycana xəyanət edən ermənilərin bu xain hərəkətinə əlbəttə hamı kimi Xəlil Rza da dözməzdi və dözmədi də. Xəlil Rza erməniləri "tüpürcəkdə batıraq" demirdi. Deyirdi ki, Bakımızı əzizləyək, mundarlardan təmizləyək. Zərdüşt Əlizadənin iddia etdiyi kimi "milli ədavəti" Xəlil Rza "qızışdırmırdı". Milli ədavəti Ermənistanın Zori Balayanları, Silva Kaputikyanları, Serop Xanzadyanları, KRUNK-çuları qızışdırırdı. Saxta erməni vətənpərvərliyi ilə, olmayan dənizdən-dənizə Ermənistan dövlətini yenidən yaradacaqları ilə. 100-150 il bundan öncə gəldikləri Qafqazın onların qədim vətəni olması kimi yalan və sayaqlamaları ilə. Türklərə,Türkiyəyə şər atmaqla, yalançı erməni soyqırımından gen-bol danışmaqla erməniləri Türklərə, azərbaycanlılara qarşı qızışdırırdılar həmin erməni "ziyalılar". Rövşən Məmmədli hesab edir ki, Zərdüşt və Araz Əlizadələr Kremldən və Tehrandan yeni tapşırıqlar alıblar.Odur ki, onlar Azərbaycana qardaş yardımı edib Bakini erməni daşnaklardan azad edən türklərə, Azərbaycanın milli şairlərinə şər böhtan atmaqla, onları təhqir etməklə Azərbaycan Milli Hərəkatına və milli insanlarına, vətənpərvər insanlarına zərbələr vurmaq istəyirlər: "Bəli Xəlil Rza bu gün sağ olsaydı öz hayqırtılı, uca səsilə bu qardaşları da "mundarlar" adlandıracaqdı. Çünki, onlar özlərini buna layiq görürlər. Çox maraqlıdır ki, bu qardaşlar nəyə və kimə belə arxalanıb Azərbaycanın milli insanlarını, Azərbaycanı öz Türkiyələri qədər sevən Türkləri belə çəkinmədən təhqir edir, aşağılayırlar?" Ekspert onu da qeyd edib ki, Zərdüşt Əlizadənin Vətəni qorumaq üçün könüllü olaraq Qarabağ cəbhəsinə getmiş və orada mərdliklə döyüşərək şəhid olmuş Təbriz Xəlil Rza oğlunu təhqir etməsi bütün şəhidlərimizin ruhuna yönəlmiş iblisanə bir alçaqlıqdır: "Həmçinin bu gün ön cəbhədə mətin dayanmış əsgərlərimizin qəhrəmanlıq istəklərinə ideoloji zərbədir. Hesab edirəm ki, bu alçaq ifadəsinə görə hamı bu Türk düşmənlərini qınamalıdır. Adını politoloq qoymuş bu şəxs görün Xəlil Rza haqqında ddia edir ki, Xəlil Rza Ulutürk milli ədavəti qızışdıran bir adam olub. Heç vaxt fikirləşməyib ki, bu xalqın sonu nə olacaq".

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR