“Milli satqınlara qarşı sərt olmalıyıq”

Olaylar.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, Azərbaycana qarşı erməni təxribatı davam edir: "Ermənistan daxilində iqtisadi tənəzzül və siyasi qarşıdurma baş verir. Bu ölkənin cinayətkar rejimi cəmiyyətin diqqətini bundan yayındırmaq üçün cəbhə bölgəsində təxribata əl atır, prosesləri bölgəyə daşıyır. Digər istiqamətlərdə də təxribatlara əl atırlar. Erməni diasporası bəzi-bəzi şəxslərlər vasitəsilə özlərinin maraqlarına uyğun çıxışlar edir. Azərbaycanda olan bir sıra şəxslərin guya Ermənistandan vətəndaşlıq istəməsi də bura daxildir. Ermənistandan vətəndaşlıq istəyən qəzet rəhbəri vaxtilə Milli Şura adlanan bir dərnəyin təbliğatçısıydı. İndi görün Azərbaycana kimlər rəhbərlik etmək istəyirdilər. Bütün bunları nəzərə alaraq, milli satqınlıara qarşı sərt olmalıyıq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR