Azay Quliyevdən Olland açıqlaması

"Fransa prezidenti Fransua Olland erməni diasporasıyla görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində millətlərin öz gələcək müqəddaratını həll etmək prinsipindən asılı olduğunu dedi".

Olaylar.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında millət vəkili Azay Quliyev deyib.

A.Quliyev qeyd edib ki, Olland açıq formada Ermənistanı dəstəklədi: "Bu bəyanatın hakimiyyətinin son iki ayı qalmış verməsi sadəcə ermənilərin könüllərinin alınmasına hesablanıb. Son illərdə Qarabağa qanunsuz səfər edən Fransanın nümayəndələridir. Fransa Minsk Qrupunun üzvüdür. Bu ölkənin qrupdan uzaqlaşdırılması ciddi prosedur tələb edir. Odur ki, səfirlik tərəfindən etiraz notası təqdim edilməlidir. Notada onun mövqeyinin Fransanın mandatına uyğun olmadlığı əksi tapmalıdır. Azərbaycan tərəfi Ollandın bu bəyanatına qarşı ciddi cavab verməlidir".

Millət vəkilinə cavab verən spiker Oqtay Əsədov Fransa prezidentinin bəyanatının Ermənistan KİV-ləri tərəfindən təhrif olunduğunu deyib: "Bəyanat ermənilər tərəfindən təhrif olunub. Yaydıqları hissə də münaqişəni qızışdırmağa hesablanıb. Amma sizinlə razıyam ki, onun çıxışında "Azərbaycanın ərazi bütövlüyü" ifadəsi işlənməyib".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR