Siyasi şərhçi: “Fransa daima deklorativ çıxışları ilə seçilib”

"Təəsüf ki, ATƏT-in Minsk qrupunda həmsədr kimi təmsil olunan bir dövlətin, yəni Fransanın prezidenti Fransua Olland belə məsuliyyətsiz bəyanatlarla çıxış edir. Azərbaycan heç bir vaxt milli müqəddəratın təyini ilə bağlı maneə mövqeyi tutmayıb, lakin bu bütün beynəlxalq normalara uyğun olaraq ərazi bütövlüyü və suverenlik çərçivəsində olmalıdır". Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Avropada separatçılığa meyilli belə fikirlər, həm də Avropa İttifaqına daxil olan dövlətlər üçün səsləndirilib və dərhal da qarşısı alınıb: "Düşünürəm ki, Ollandın bu çıxışı Fransadakı erməni lobbisinə yararlanmaq məqsədilə edilir, çünki artıq bu ildən Olland prezidentlikdən gedir və özünə müəyyən divident almağa çalışır. Eyni zamanda Ermənistan prezidenti Serj Sarkisyanı mart ayında Fransaya dəvət edir. Məlumdur ki, Ermənistanda da aprel ayında parlament seçkiləri olmalıdır. Yəni bunların hamısı düşünülmüş siyasi gedişlərdir. Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun üzvü kimi Fransa daima deklorativ çıxışları ilə seçilib və bu da təəssüf hissi doğurur". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR