Azər Həsrət: “Hamıya bəllidir ki, Fransa ermənipərəstdir”

"Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ "əhalisi"nin öz müqəddəratını təyin etməsi ilə bağlı səsləndirdiyi fikirlər onu göstərir ki, Fransanın ermənilərdən istifadə edərək yenə də nəsə iddia irəli sürmək fikri var". Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, hamıya bəllidir ki, Fransa ermənipərəstdir: "Amma bu da səbəbsiz deyil. Çünki Fransada dünyanın ən güclü erməni lobbilərindən biri var. Özü də yetərincə təsir imkanlarına malikdirlər. İndi Ollandın belə fikir səsləndirməsi heç də ermənilərə yandığı üçün deyil. Sadəcə olaraq bu adam öz iç siyasətində dividend əldə etmək üçün belə fikir səsləndirir. Bilirsiniz ki, bu il Fransada prezident seçkisidir. Seçicilərin səsləri uğrunda qızğın mübarizə gedir. Ermənilərin də təsir imkanlarını nəzərə alsaq, Ollandın niyə belə dediyi aydın olar. Əmin olun ki, seçkidən dərhal sonra bu çağırışlar yaddan çıxacaq". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR