Latviya XİN başçısı: “Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi bizi narahat edir”

"Regiondakı vəziyyətin mürəkkəbliyini başa düşürük. Vaxtaşırı mətbuatda vəziyyətin gərginləşməsinə dair xəbərlər bizi narahat edir".  Bunu Latviya xarici işlər naziri  Edqars Rinkeviçs azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll oluna bilər. "Biz ərazi bütövlüyü prinsipinə sadiqik və ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlar prosesini dəstəkləyirik. Bu, təkcə ATƏT-də deyil, Şərq Tərəfdaşlığı və Avropa İttifaqı çərçivəsində də müzakirə olunur".   Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR