Arzu Rəhimov: “Ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir”

Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov deyib ki, ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir. Ötən ilin aprel hadisələri bütün bunlara sübutdur. Onun sözlərinə görə, Xidmətin yarandığı 5 il ərzində onun beynəlxalq əlaqələrini qənaətbəxş hesab etmək olar: "2017-ci ildə səfərbərlik işinin və hərbi xidmətə çağırışın təşkili, yeni nəsil gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi, Xidmətin fəaliyyətində operativliyin təmin edilməsi, hərbi qulluqçular arasında hərbi nizam-intizamın möhkəmləndirilməsi, Xidmətin dinamik inkişaf səviyyəsinin artırılması, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq olunması, normativ-hüquqi bazanın möhkəmləndirilməsi və maddi-texniki təminatın yaxşılaşdırılması kimi işlər qarşımızda duran əsas vəzifələrdəndir. Xidmətin şəxsi heyəti ötən 5 ildə olduğu kimi, bundan sonra da dövlətin, xalqın və cənab Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün böyük səy və fədakarlıqla çalışacaqdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR