"Azadlıq" qəzetinin keçmiş əməkdaşından Qənimət Zahidi ifşa edən məqalə...

"Azadlıq" qəzetinin keçmiş əməkdaşı, hazırda "Avropa.info" saytına başçılıq edən Ruslan Bəşirli saytın bu günkü buraxılışında bu qəzetin baş redaktoru, hazırda Fransadan Azərbaycan hakimiyyətinə qarşı çıxışlar edən Qənimət Zahid barəsində vaxtilə şahidi olduğu hadisələri xatırladaraq geniş məqalə dərc edib. Həmin məqalədə müəllif Qənimət Zahidin 2003-cü ildə Əli Kərimli tərəfindən "Azadlıq" qəzetinə baş redaktor təyin olunduqdan sonra qəzetdə iş mühitini necə korladığı, əməkdaşların həftəlik qəpik-quruş muzdunu belə kəsdiyini, əvəzində Bakı pritonlarında fahişələrlə əyləndiyini xatırladır. Məqaləni təqdim edirik:

Haqqın.az və virtualaz.orq saytlarında "Azadlıq" qəzetinin baş redaktoru, hazırda Fransada yaşayan Qənimət Zahidin bir sıra məmurlardan rüşvət alması ilə bağlı dərc edilən sensasion məqalə ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Bəlkə də bu məsələnin üstündən sükutla keçmək mümkün idi.

Lakin artıq bütün prespektivləri itirmiş, partiyadan daha çox söyüşçül bir dərnəyə çevrilmiş kərimliçi qrupun bu məsələnin üstünü açanlara nifrət püskürməsi bizi bu məsələnin üzərinə yenidən qayıtmağa məcbur edir.

Axı nə baş verir? Doğrudanmı Qənimət Zahid məsum, söyüşçül dərnəyin təqdim etdiyi kimi, "yüksək dəyərlərə" malik birisidir? Axı Qənimət Zahidi media, siyasət və ümumiyyətlə, ictimai fəaliyyətlə məşğul olan hər kəs yaxşı tanıyır. Onun tipinə bələd olan hər kəs ondan qaçmağa çalışar, söyüşçül dərnəyin onun haqqında yaratmaq istədiyi "azadlıq aşiqi" mifinə isə qarğalar belə gülər.

Qənimət Zahidi müdafiə edən aldadılmış bəzi gəncləri başa düşürəm, onların səmimiliyinə də inanıram. Lakin yanlış yerdə və yanlış birisinə dəstək verdikləri düşüncəsindəyəm. Çünki insanları kommersiya maraqlarına, iştahasına görə hər addımda qurban verməyə çalışan birisi buna layiq deyil. Qənimət Zahidi yaxından-uzaqdan tanıyan hər kəs onu belə xarakterizə edə bilir: Rüşvətxor, saxtakar, reneqat, qeyri səmimi bir tip. Məsum heç deyil. Daima intiriqa və çəkişmələrin, pul sövdələşmələrinin, şantaj və "qara piar"ın epsentrində dayanıb. Onun tamahı, şantajla pul qazanmaq istəyi zamanında olan istedadını da məhv etdi.

Özü ilə yanaşı, çoxlu sayda istedadlı gənc jurnalistin də gələcəyini puç etdi. Onun "Azadlıq" qəzetinə bilavasitə rəhbərlik etdiyi dönəmi bu qəzetdə çalışanlar yaxşı xatırlayır. Qeyd edim ki, mən də həmin dönəmlərdə "Azadlıq" qəzetində çalışmışam. 2003-2004 -2005-ci illərdə işçilərə həftəlik o dönəmki pulla 50 min manat (5 şirvan:red) maaş verilən qəzetdə durum çox ağır idi. Lakin bu qəzet rəhbərliyinin, xüsusilə də Qənimət Zahidin pulunun olmaması anlamına gəlmir. Pul vardı, lakin hər cür məhrumiyyətlərə baxmayaraq, həftədə 5 şirvana çalışmağı digər qəzetlərdə işləməkdən üstün tutan jurnalistlərə verilmirdi. Hətta əksər vaxtlarda həftəlik veriləcək 5 şirvanı da əməkdaşlara çox görürdülər, "pul yoxdur" deyib, maaş ödəməkdən imtina edirdilər. Yaxşı xatirimdədir, hazırda özünə normal şərait qura bilmiş, hələ də mediada olan tanınmış bir jurnalist kirayə qaldığı evin pulunu ödəyə bilmədiyi üçün, kiçik yaşlı uşaqları ilə birlikdə bayıra atılmışdı. Adam ailəsi ilə birgə küçədə qalmaq durumuna düşmüşdü. Lakin "Azadlıq" qəzetində işlədiyi üçün ona veriləcək maaşı ala bilmirdi. Əvəzində isə bu istedadlı jurnalist, eləcə də mən də daxil olmaqla digər əməkdaşlar Qənimət Zahidin hər gün işə içkili vəziyyətdə gəlməsinə, günün ikinci yarısında isə redaksiyanın yaxınlığındakı kafedə içki məclisləri qurmasına artıq öyrəncli olmuşduq. Onun "Azadlıq"a gəlişi ilə redaksiyada iş mühiti pozulmuşdu.

Redaksiyanın əməkdaşlarına veriləcək maaşlar və şantajla toplanmış pullar hesabına tam bir əyyaş həyatı yaşayan Qənimət Zahid bunun bədəlini ödəməli idi. Belə bir vaxtda Qənimət Zahidin "Üç palma" olayı gündəmə bomba kimi düşdü. Qənimət Zahid Xocalı faciəsinin ildönümü günü "Üç palma" adlanan əxlaqsızlıq yuvasında özbək əsilli fahişələrlə  yaxalanmış və həmin vaxt üzərindən 8 min dollar pul çıxmışdı. Halbuki, hadisədən cəmi 2 gün öncə, Qənimət Zahid "Azadlıq"ın 15 nəfərlik kollektivinin həftəlik maaşını verməkdən imtina etmişdi. "Üç palma" olayı zamanı hər şey məlum idi. Lakin Qənimət Zahid və Əli Kərimli bu biabırçı olayın içindən çıxmaq üçün mənasız cəhdlər edirdilər. Hadisənin ardından keçrilən mətbuat konfransında uydurulan bəhanə rüsvayçılığın son həddi idi. Guya ki, Qənimət Zahidi döyərək, zorla əxlaqsız qadınlarla şəkillərini çəkmişdilər. Uydurulan bu bəhanəni redaksiya kollektivi, sıravi cəbhəçilər gülüşlə qarşılayırdılar. Hər kəs əsl həqiqətin nədən ibarət olduğunu bilirdi. Redaksiya kollektivi bu əyyaş baş redaktordan qurtulmağa çalışır, lakin Əli Kərimli öz şantaj maşınından imtina etmək istəmirdi. "Üç palma" olayının ardından jurnalist Xaliq Bahadırın rəhbərlik etdiyi bir qrup dərhal Qənimət Zahidin qəzetin başından kənarlaşdırılmasını tələb etdilər. Lakin Kərimli baş vermiş bu biabırçı olaya, redaksiyanın tələblərinə baxmayaraq, öz şəriki Qənimət Zahidi qəzetin başından kənarlaşdırmadı.

Qənimət Zahid heç vaxt, heç kimə sadiq olmayıb. Onun Əli Kərimliyə sadiqliyi ilə bağlı söylənənlər də blefdir. Əslində, onu maraqlandıran yeganə amil pul olub. Elə Kərimli ilə onu birləşdirən "dəyər" də budur. Kərimli ilə zahirən fərqli, daxilən eyni tip olan Qənimət Zahidin mediaya çıxan ən böyük qarşıdurmaları da pulla bağlı olub.

Qənimət Zahidin "Azadlıq" qəzetinin adı ilə alverə başlaması 2003-cü ildə Əli Kərimlinin onu qəzetin başına gətirməsi ilə başladı. O vaxtadək qəzetə rəhbərlik edən, sakit xarakterli, Kərimlinin iddalarına cavab verməyən Rövşən Hacıyev rəhbərlikdən uzaqlaşdırıldı. Bundan sonra Kərimli-Zahid tandeminin qəzet üzərindən alveri başladı.

2003-cü ildə Qənimət Zahid "Azadlıq"qəzetində yazdığı yazıların müqabilində keçmiş əmək və əhalinin sosial təminatı naziri Əli Nağyevdən 2000 dollar aldı. Qeyd edim ki, Əli Nağıyev haqqındakı bu yazıları Qənimətə ovaxtkı təhsil naziri Misir Mərdanov ötürürdü. Əli Nağıyev haqqındakı yazılara görə isə Misir Mərdanov Qənimət Zahidə 10 min dollar vermişdi. Lakin Mərdanovun verdiyi pulla kifayətlənməyən Zahid əks tərəfin də pulundan imtina etməyərək, yazdığı yazıya təkzib verdi. Amma Əli Nağıyev həmin təkzibin mahiyyətindən narazı qalmışdı.

Qənimət Zahidin QMİ rəhbəri Allahşükür Paşazadə ilə münasibətləri isə 2000-ci illərin əvvələrndən başlayır. Həmin vaxtlar  "Azadlıq" qəzetində Allahşükür Paşazadə haqqında silsilə yazılar dərc olunurdu. Nəhayət, Paşazadənin qardaşı deputat Cavanşir Paşazadənin Qənimət Zahidə pul verməsi ilə məsələ qapadıldı. O vaxtdan Paşazadələrlə Qənimət Zahid arasında "alış-veriş" başlandı. Bu prosesin hətta indi də davam etdirildiyi bildirilir. Hətta 2014-cü ildə Avropa.info saytında QMİ ilə bağlı gedən bir tənqidi yazıya "Azadlıq" qəzeti cavab vermişdi. Bu cavabvermənin QMİ-nin "qara qaşı, qara gözünə aşiq olma" məsələsinə heç bir aidiyyatının olmadığı mediada çalışan hər bir jurnalistə bəllidir.

Bundan başqa, keçmiş Bakı şəhər meri Rəfael Allahverdiyevin uzun illər "Azadlıq"qəzetinə və Qənimət Zahidə maliyyə verməsi də məlumdur. Keçmiş merin hətta 2004-cü ildə İsveçrəyə köçməsindən sonra da Qənimət Zahidə müəyyən yazılar müqabilində rüşvət verməsi haqda "Azadlıq"qəzetinin dəhlizlərində açıq şəkildə danışılırdı.

Qənimət Zahidin ən böyük maliyyə dayaqlarından biri isə o dövrdə iqtisadi inkişaf naziri vəzifəsində çalışan Fərhad Əliyev idi. Keçmiş nazir demək olar ki, Qənimət Zahid üçün aylıq "paket" ayırmışdı. Hətta 2004-cü ildə Fərhad Əliyevin Qənimət Zahidə o dövrlər üçün çox bahalı sayılan mobil telefon da hədiyyə etməsi məlumdur. Bunun müqabilində "Azadlıq"qəzetinin səhifələrində Fərhad Əliyevin rəqibləri mütəmadi olaraq "vurulurdu".

Qənimət Zahid icra başçılarını da rahat buraxmırdı. O, 2003-2004-cü illərdə Saatlı, Laçın kimi bir çox rayonların icra başçılarından şantaj yazıları hesabına "xərac" toplamışdı.

Qənimət Zahid hətta 2003-cü ildə Əli Kərimlini təhqir edən keçmiş deputat Əhəd Abıyevdən də elə həmin ərəfələrdə 10 min dollar almışdı.

Nəqliyyat naziri Ziya Məmmədovla "Azadlıq" qəzeti və Ziya Məmmədov arasındakı "alış-veriş"in isə tarixi uzundur. Bu əlaqələr 2003-2005-ci illərdə də davam edirdi. Sonrakı illərdə bu əlaqələrə kölgə düşsə də, Qənimət Zahid Nəqliyyat naziri və onun oğlu Anar Məmmədovdan pul qoparmağı bacarıb.

2000-ci illərin əvvəllərindən etibarən deputat İmamverdi İsmayılov Qənimət Zahidin əsas yem gətirənlərindən birinə çevrilmişdi. Dəfələrlə qəzetin redaksiyasında İmamverdi İsmayılov haqqında yazıların dərc olunmaması ilə bağlı qalmaqal yaşanmışdı.

Deputat Hadı Rəcəbli ilə də Qənimət Zahidin "alış -veriş"inin başlanğıcı 2003-cü ildən başlayır. Bu pul müqabilli "dostluğun" bu gün də davam etdiyi haqda məlumatlar mövcuddur.

Qənimət Zahidin indi darmadağın edilmiş MTN çetesi ilə də əlaqələri vardı . 2004-cü ildən etibarən onun Sahil metrosu yaxınlığında yerləşən məşhur restoran "Pizza Hot"da görüşlər keçirdiyi və MTN çetesi tərəfindən ona konkret materiallar ötrüldüyü də məlumdur. Bu yazılar adətən MTN çetesinin tərətdiyi qanunsuzluqlara etiraz edən hakimiyyət təmsilçiləri haqda olurdu və təbii ki, bunların hamısı isə pulsuz baş vermirdi. Hacı Məmmədov olayından sonra isə MTN çetesi ilə Qənimət Zahidin əməkdaşlığı daha da genişlənmişdi. Həmin dövrdə hazırkı daxili işlər naziri Ramil Usubov haqqında "Azadlıq" qəzetində yazılan təhqir dolu yazıların da səbəbi bu əməkdaşlıq idi.

Qənimət Zahid hətta müxalifət liderlərindən də şantajla pul qoparmağı bacaran bir isimdi. O, 2003-2005-ci illər arası AMİP sədri Etibar Məmmədovdan, sabiq parlament sədri Rəsul Quliyevdən şantaj yolu ilə dəfələrlə pul almışdı.

2005-ci ildə mən "Azadlıq" qəzetindəki fəaliyyətimi dayandırdım. Lakin sonrakı dövrlərdə də eşitdiklərim və mediada çıxan məlumatlardan bəlli olurdu ki, Qənimət Zahidin pul hərisliyi daha da şiddətli bir xəstəliyə çevrilib. Məhz bu şiddətli xəstəliyin nəticəsi idi ki, 2011-ci ildə Qənimət Zahidin qardaşı Mirzə Sakitlə pul davası bütün mətbuatın əsas mövzusuna çevrilmişdi.

Onun özündən böyük doğma qardaşı Mirzə Sakitlə də qarşıdurması məhz bölüşmək istəmədiyi pul üstündə baş vermişdi. O dövrdə baş verən hadisələri izləyən insanların məlumatı var ki, Qənimət Zahidin 2011-ci ildə həbsdə olan qardaşı, satirik şair Mirzə Sakit Niderlanda "Cəsarətli qələm" mükafatına layiq görülmüşdü. Bu pulun Mirzə Sakitə verilməsində Qənimət Zahid skandal çıxarmışdı. Mirzə Sakitə çatacaq pulunun hamısının ona verilməməsində israr edən Qənimət Zahidlə qardaşı arasında münaqişə sonda qardaşlıqdan imtina edilməsinə qədər yüksəlmişdi. Qənimət Zahid bu pulun "Azadlıq" qəzetinə "verilməsini", mükafata layiq görülən doğma qardaşı Mirzə Sakitə isə cüzi bir miqdarın verilməsində  israr edirdi. Nəticədə 30 min dollar müqabilində olan mükafatın 25 mini Kərimli və Zahid arasında bölüşdürüldü. Təklənən Mirzə Sakitə isə 5 min pul verildi. Buna susmayan Mirzə Sakiti isə ənənəvi metodlarla şərləməyə, onu "xəyanətdə", "satqınlıqda" ittiham etməyə başladılar.

Xaricdə yaşayan azərbaycanlılardan aldığımız məlumata görə, Qənimət Zahid hətta fəaliyyəti dayandırılmış Beynəlxalq Unversitetin keçmiş rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevə də "atmağı" bacarıb. Elşad Abdullayev Fransaya yenicə gedən zaman bundan yararlanan Qənimət Zahid keçmiş rektoru uzun müddət "soymağı" bacarıb. Lakin bir müddət sonra Qənimət Zahidlə Elşad Abdullayev arasında qalmaqal yaşanıb. Hətta bu olay medianın da gündəminə düşmüş, hər iki tərəf açıqlamalarla yadda qalmışdı.

Bir müddət öncə isə Qənimət Zahid sosial şəbəkələrdə xaricdə "siyasi mühacir" statusu almaq istənən azərbaycanlılara "Azadlıq"qəzetinin saxta vəsiqələrini satmaqda ittiham olundu.

Qənimət Zahidin pulla bağlı hələ ki son qalmaqalı Əli Kərimli ilə yaşanıb. Soros Fondunun "Azadlıq" qəzetinə ayırdığı 175 min avro pulu AXCP sədri və Qənimət Zahid bölə bilməyib. Bu pul Fransada yaşayan Qənimət Zahidin hesabına keçirilib. Əli Kərimlinin israrlı yazışması Qəniməti yola gətirə bilməyib, partiya sədri onun ardınca Fransaya "nümayəndə heyəti" göndərib. Fransada cəbhəçilərlə Qənimət Zahid arasındakı mübahisə əlbəyaxa dava həddinə qədər çıxıb. Bu barədə mətbuatda geniş məlumatlar da dərc olundu. Qənimət Zahid nə qədər inkar etsə də, AXCP-də bu haqda artıq pıçıltı ilə deyil, yüksəkdən danışırlar.

Pula tamah məsələsində Qənimət Zahidin yarışa biləcəyi tək adam onun lideri Əli Kərimlidir. Bu iki nəfərin pula hərisliyi üzündən daha bu düşərgədə ağıllı insanlar da qalmayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR