ADP: “Olland Azərbaycanın suveren hüquqlarına hörmətsizlik nümayiş etdirib”

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, iclasda Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağla bağlı verdiyi açıqlamada Azərbaycanın bu bölgə üzərində olan suveren hüquqlarına hörmətsizlik nümayiş etdirməsi qətiyyətlə pislənilib. İclasda həmçinin şəhid Çingiz Qurbanovun nəşinin Vətənə gətirilərək yüksək səviyyədə dəfn edilməsi və ölümündən sonra Milli Qəhrəman adına layiq görülməsi müsbət qiymətləndirilib. Qeyd olunub ki, bu cür addımlar gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR