Gürcüstan XİN: "Azərbaycan və Gürcüstan arasında yüksək siyasi dialoq mövcuddur"

Azərbaycan və Gürcüstan arasında yüksək səviyyədə siyasi dialoq mövcuddur. Bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə brifinq zamanı deyib.

Azərbaycan və Gürcüstanın bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini deyən nazir əlavə edib ki, hər iki ölkə həm ikitərəfli formatda, həm də regional səviyyədə iqtisadi əməkdaşlığı möhkəmləndirməkdə davam edəcək.

M.Canelidze deyib: "Enerji sahəsində əməkdaşlıq bizim iqtisadi əməkdaşlığımızın əsas hissəsidir".

Bundan başqa, nazir qeyd edib ki, tərəflər qarşılıqlı investisiya və nəqliyyat sahəsində də əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR