Politoloq: "Emin Milli kimilər maliyyə qarşılığında dövlət maraqlarını satmaqla məşğuldurlar"

"Dağıdıcı müxalifət partiyalarının üzvləri saxta profillərlə dövlət əleyhinə təhqirlər yağdırmaqla, cəmiyyətimizdə çaşqınlıq yaratmağa çalışırlar. Bu da xarici düşmən qüvvələrin və xüsusən erməni lobbisinin məkrli planlarının və iyrənc düşmənçilik siyasətinin icrasıdır. Onlar bu addımlarla düşmən qüvvələrin dəyirmanına su tökürlər. Təbii ki' bütün bunlar hamısı xarici düşmən  qüvvələrin Azərbaycana qarşı mənfur planlarının və məkrli siyasətlərinin tərkib hissəsidir". 

Bu fikirləri politoloq Mirsamir Məmmədov bildirib. Dağıdıcı müxalifət nümayəndələrinin öz nəzarətlərində olan mətbu orqanlarda və sosial şəbəkələrdə anti-Azərbaycan ruhlu fikirlər səsləndirməsinə, dövlət rəsmiləri haqqında, eləcə də Azərbaycan dövləti və müxtəlif dövlət strukturları haqqında böhtan, şantaj xarakterli məlumatlar yaymasına, təhqirlər səsləndirməsinə münasibət bildirən politoloq M.Məmmədov qeyd edib ki, dağıdıcı müxalifət hər zaman xaricdən məkrli və düşmən qüvvələr tərəfindən idarə olunub: "Onlar bu qüvvələr içərisində ölkəmizə və xalqımıza qarşı öz qəddar düşmənçilik siyasəti ilə seçilən məkrli erməni lobbisi ilə daha çox əməkdaşlıqdadırlar. AXCP və Əli Kərimli başda olmaqla özünü "Milli Şura" adlandıran qurum' Musavat' "Nida"çılar, "REAL" üzvləri, Emin Milli, Xədicə İsmayıl və bunlarla eyni cəbhədə olan dağıdıcı müxalifətin funksionerləri daxildən bütün imkanları ilə səfərbər olaraq məkrli erməni lobbisinin düşmənçilik siyasətinə xidmət edirlər. Xədicə İsmayıl birmənalı olaraq bu qüvvələrin xidmətçisidir. Eləcə də Musavat partiyası' Əli Kərimli və onun siyasi sektası olan AXCP bu mənfur amallara xidmət edir". 

M.Məmmədov onu da qeyd edib ki, "Nida"nın gəncləri sosial şəbəkələrdə dövlət əleyhinə təxribat xarakterli fikirlər paylaşaraq ölkəmizdəki sabitliyə təsir etməyə' pozuculuq və təxribat yaratmağa cəhd edirlər: "Gənclərimizin siyasi düşüncələrinə və təfəkkürünə mənfi təsirlər göstərməyə və düşmən qüvvələrin' həmçinin erməni lobbisinin pərdəarxasından diktə etdiyi plaları icra etməyə və ermənilərin tapşırıq və istəklərini icra etdirməyə çalışırlar. Bu tip şəxslərdən biri Almaniyada yaşayan və ölkəmizə qarşı qatı düşmənçilik mövqeyi ortaya qoymuş'  erməni lobbisinin maliyyəsi ilə hərəkət edən və ermənilərin verdiyi milyonlarla dollar hesabına Almaniyada "Meydan TV"ni yaradan, oradan isə Azərbaycana qaşı daim kin və nifrət dolu materiallar yayan Emin Millidir. Emin Millinin Avropa Parlamentində də ölkəmizə qarşı bir neçə gün öncə şantaj və böhtan xarakterli çıxışı oldu. Almaniyaya ayaq atdığı gündən erməni lobbisinin və erməni diasporalarının təsiri altında olan Emin Milli orada Azərbaycan əleyhinə mənfi fikirlər formalaşdırmağa çalışır. Belələri böyük "dəstək" və maliyyə qarşılığında dövlət maraqlarını özlərinin şəxsi ambisiyaları üçün düşmən qüvvələrə satırlar. Bu qüvvələrin məqsədi Azərbaycanı nüfuzdan salmaq' ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq' ölkəmizin yüksək səviyyədə qorunan təhlükəsizliyini və ictimai sabitliyini pozmaq' Azərbaycanın sürətlə artan yüksək inkişafının qarşısını almaq, bölgədəki liderliyinə sarsıdıcı zərbə vurmaq' daxildə xaos yaratmaq və dövlətçiliyimizi məhv eləməyə çalışmaqdır".  Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR