Politoloq: "Ollandın fikirləri Azərbaycana qarşı diplomatik mədəniyyətsizlikdir" 

"Fransa ATƏT-in Minsk qrupunun 24 illik fəaliyyəti müddətində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində normal addım atmayıb. Bunun da səbəblərindən biri Fransanın ermənilərin ən çox yaşadığı ölkə, eləcə də erməni lobbisinin olmasıdır". Bunu  politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, Fransa prezidentinin erməni icması ilə görüşündə Dağlıq Qarabağla fikirlər söyləməsi, onun gələcəyini hesablanan investisiyadır: "Bilirsiniz ki, aprel ayında Fransada seçkilər keçiriləcək və sözügedən şəxsin namizədliyi belə irəli sürülməyib. Bu baxımdan Fransa prezidenti hazırkı səlahiyyətlərindən istifadə edərək, gələcəkdə ermənilərin onu maliyyələşdirməsi, kömək etməsi məqsədilə bu addımı atıb.  Lakin bu, ilk növbədə Fransa dövlətinə, özünü prezident hesab edən insanın şəxsiyyətinə, ATƏT-in Minsk qrupunda təmsil olan ölkənin xarici siyasətinə, eləcə də Azərbaycanın müsbət münasibətinə xəyanətdir".

C. Nuriyev  qeyd edib ki, Fransua Ollandın bu addımı Azərbaycanda qeyri-adi  qarşılanmasa da, ən böyük nifrətə səbəb oldu: "Bütün hallarda bu addım  Fransa dövlətindən Azərbaycana qarşı diplomatik mədəniyyətsizlikdir.  Azərbaycan dövlətinin bununla bağlı mövqeyi məlumdur. Lakin mənə maraqlı olan məqam müxalifətin mövqeyidir. Nəyə görə, belə məsələlərdə yalnız iqtidar öz fikrini  bildirməlidir. Vətən ancaq iqtidarındır? Bəs ayrı vaxt hakimiyyətə gəlmək istəyirlər?  Onlar hansı ağılla bunu istəyirlər? Cəmiyyət içərisində hansı mövqeləri var ki, nəyisə tələb etsinlər?  Bu məsələ təkcə iqtidaryönlü partiyaların işi deyil, müxalifətyönlü, bitərəf partiyalar, eləcə də QHT-lər buna münasibət bildirməli, Bakı Şəhər İcra  Hakimiyyətinə müraciət edərək  Fransa səfirliyinin qarşısında piket keçirməlidirlər".

"Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrliyindən Milli Məclisin qərarı ilə imtina edə bilər. Bunun üçün kifayət qədər əsaslar var.  Milli Məclis BMT Təhlükəsizlik Şurasına, dünya parlamentlərinə müraciət edə bilər.  Orada 3 xristian dövləti təmsil olunursa, nədən Pakistan, Türkiyə də orada təmsil olunmasın? Qoy orada bu sahədə bizi dəstəkləyən ölkələr də həmin təşkilatda təmsil olunsunlar. Bunun üçün bizim kifayət qədər hüququ əsasımız var. Milli Məclis bu haqda düşünsə yaxşı olar" -deyə, politoloq əlavə edib.   Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR