Leoni Mergenin “Qarabağ kolleksiyası” “ L’Oreal Professionnel” brendinin illik tədbirində

Ötən gün Almaniyanın paytaxtı Berlində keçirilən "Lchr("39")Oreal Professionnel" brendinin illik tədbirində gənc almaniyalı dizayner Leoni Mergenin öz gözəlliyi ilə ictimaiyyətin diqqətini çəkən yeni "Qarabağ kolleksiyası" şirkətin iki yüzə yaxın nümayəndəsindən ibarət özəl auditoriya qarşısında təqdim edilib. Qeyd edək ki, "Lchr("39")Oreal" 22 milyard avro gəliri və 77 min işçisi olan dünyanın ən böyük kosmetika şirkətidir. Bu kolleksiyada Qarabağ mövzusu və mədəni irsi təqdim olunub.

Bu ilin 18 yanvar tarixində Berlində "MERSEDES BENZ MODA HƏFTƏSİ" çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə Leoni Mergenin yüksək dəyərləndirilmiş "Qarabağ kolleksiyası" ictimaiyyət və moda aləminə təqdim edildikdən sonra "Lchr("39")Oreal Professionnel" tərəfindən ozünün illik tədbiri üçün seçildi.

Leoni hazırkı kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanan silsilə parçalarından ibarətdir. Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər həm kişi, həm qadın geyimi görünüşünü yaradan yaxaları və qollu çuxalar təqdim olunub. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksessuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.

Leoni Mergenin mədəniyyətlərarası əlaqəni qeyri-adi formada əks etdirən, eyni zamanda texniki cəhətdən bacarıqla yerinə yetirilmiş geyim nümunələri auditoriya tərəfindən yüksək qiymətləndirilib. Bu kolleksiyanınhazırlanması və nümayişi Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqqında məlumatlılığı artırmaq məqsədi ilə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti layihədi.

Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov bildirib: " "Qarabağ kolleksiyası TEAS üçün çox maraqlı layihədir və biz gənc berlinli dizayner Leoni Mergenin Azərbaycan mədəniyyətindən ruhlanan moda kolleksiyasını dünya auditoriyası qarşısında təqdim etmək və və bu layihəni dəstəkləməkdən məmnunuq. Beynəlxalq media məkanında yüksək səviyyədə işıqlandırılan və geniş auditoriyanın diqqətini cəlb edən "Qarabağ kolleksiyası" nın təqdimatı çərçivəsində Dağlıq Qarabağın Ermənistanın işğalı altında olduğunu göstərmək və milli mədəni irsimizi qorumaq üçün çox gözəl imkandı."

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR