Siyasi şərhçi: "Prezidentin fikirləri Ermənistanın hansı durumda olduğunu xatırladır”

"Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi "illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi" fikri mübaliğəsiz qəbul edilməlidir və edilir də. Çünki bu bir gerçəkdir ki, Ermənistan yalnız onun-bunun əlinə baxmaqla ayaqda durur". Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, əgər xarici dəstək olmasa, yardımlar gəlməsə Ermənistan doğrudan da bir həftə içində çökər: "Prezident İlham Əliyev bu fikri səsləndirməklə həm erməni xalqına bir daha onların hansı durumda olduğunu xatırladır, həm də illərdir Ermənistanı dəstəkləyən xarici qüvvələrə bir ismarıc göndərir. Bu isə o deməkdir ki, erməni xalqı nəhayət ki, ayılıb düşdüyü acınacaqlı durumun əsl səbəbini anlasın və Ermənistanı dəstəkləyən xarici qüvvələr bu bəd əməllərindən əl çəksin. Hər halda Ermənistanda da ağlı başında olan adamlar yox deyil və onlar Azərbaycan Prezidentinin bu açıqlamasını yetərincə dəyərləndirə bilərlər ki, öz xalqlarını Sarksyan rejiminin təcavüzkar siyasətinin girovluğundan azad etsinlər". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR