ATƏT-in toplantısında Çingiz Qurbanovun meyitinin qaytarılması məsələsi qaldırılacaq

Yanvarın 23-də Vyanada keçiriləcək ATƏT-in növbəti toplantısında əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı məsələ də qaldırılacaq. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumat verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib ki, iclasda məsələ ilə bağlı geniş məruzə edəcək: "Artıq beynəlxalq təşkilatlara ünvanladığımız müraciətlərə də cavablar gəlməyə başlayıb. Bu məsələnin beynəlxalq insan haqları təşkilatlarının gündəminə salınması istiqamətində işlərimizi davam etdiririk".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR