Siyavuş Novruzov: Bəziləri din pərdəsi altında başqa məqsədlərə çatmaq istəyirlər

Azərbaycanda bəziləri din yolu adı ilə Suriyada döyüşə gedirlər.

Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

O qeyd edib ki, həmin şəxslər din uğrunda deyil, öz məqsədləri üçün bu addımı atırlar:

"Onlar din pərdəsi adı altında cinayətkarlıq edirlər. Əgər torpaq uğrunda vuruşursansa, get Qarabağın azadlığı uğrunda döyüş. 2 aprel hadisələrində Azərbaycan Ordusunun əldə etdiyi uğur hamıya məlumdur və buna bir nümunədir. Əgər həmin insanlar həqiqətən döyüşmək istəyirsə, bu yolda döyüşsünlər. Daha Suriyada yox. Nəyin uğrunda vuruşduqları da məlum deyil. Onlar din pərdəsi altında başqa məqsədlərə çatmaq istəyirlər. Buna isə heç vaxt nail ola bilməcəklər".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR