Novruz Məmmədov: "Azərbaycan heç kimə rəqib deyil"

Azərbaycan bu gün heç kimə rəqib deyil və heç bir sahədə də, hətta enerji sahəsində də, heç bir ölkə ilə rəqabət etmir. Bunu ANS-ə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov həmçinin deyib ki, bunu rəqabət kimi qəbul edənlər, təxribat aparanlar sadəcə olaraq Azərbaycanın müəyyən mənada imicinə, nüfuzuna təsir göstərmək istəyirlər: "Onlar da buna nail ola bilmirlər və bilməyəcəklər, çünki biz düz yoldayıq və düzgün hərəkət edirik".

N.Məmmədovun sözlərinə görə, Azərbaycanın xarici və daxili siyasəti son 25 il ərzində səmimi, qarşılıqlı, faydalı əməkdaşlığa yönəlib: "Azərbaycan şərqlə qərb arasında, şimalla cənub, islam aləmi ilə xristian aləminin sərhədində yerləşən dövlət kimi, dünyanın ən mühüm - cənub Qafqaz nöqtəsində yerləşib. Bütün yollar bu gün burdan keçir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR