İsmayıl Şıxlının 100 illiyi ilə bağlı sərgi təşkil edilib

Bu il yazıçı, publisist, ictimai xadim İsmayıl Şıxlının 100 illik yubileyi qeyd edilir. 

Olaylar.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda yazıçı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı sərgi təşkil edilib. 

Sərgidə yazıçının MEK fondlarında saxlanılan "Xatirəyə dönmüş illər", "Dəli Kür", "Ölüləri qəbirstanlıqda basdırın", "Daim axtarışda", "Ölən dünyam", "Cəbhə yolları", "Mənim rəqibim", "Namərd gülləsi", "Dostum Hüseyn Arifin lətifələri", o cümlədən onun haqqında yazılmış "İsmayıl Şıxlının ədəbi-tənqidi görüşləri", "İsmayıl Şıxlının dilçilik görüşləri" (Buludxan Xəlilov), "Həyat və ədəbi tale" (Abbas Hacıyev), "İ.Şıxlının bədii nəsri" (Təyyar Salamoğlu), "İsmayıl Şıxlı. Həyatı, mühiti, sənəti" (Yaqub İsmayılov) və digər kitablar nümayiş olunur.

Sərgi 2019-cu ilin sonunadək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR