Həmid Araslının 110 illiyi ilə bağlı sərgi təşkil edilib

Bu il Azərbaycanın Əməkdar elm xadimi, akademik Həmid Araslının yubileyidir. 

Olaylar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında 11 fevral 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Mərkəzi Elmi Kitabxananın (MEK) Sərgi salonunda alimin yubileyi ilə bağlı sərgi açılıb. 

Sərgidə akademik Həmid Araslının kitabxana fondlarında saxlanılan "İmadəddin Nəsimi", "Xaqani Şirvani", "XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi", "Tarla qızları", "Azərbaycan ədəbiyyatı: tarixi və problemləri", "Böyük Azərbaycan şairi Füzuli", "Şairin həyatı", o cümlədən "Həmid Araslı" (biblioqrafiya), "Ədəbiyyat" (8-ci sinif üçün dərslik, müəlliflər H.Araslı və H.Eyvazov) kitabları, Türkiyədə çap olunan "Gülşehri ve Genceli Nizami", "Leyli ve Mecnun" məqalələri nümayiş olunur. 

Sərgi 2019-cu ilin sonunadək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR