“Kia” zavodlarından biri dayanır

Cənubi Koreyanın avtomobil istehsalçısı "Kia Motors" Çinin Ciansu vilayətindəki zavodunun fəaliyyətini dayandırmağı planlaşdırır.

Olaylar.az bildirir ki, buna səbəb, dünyanın ən böyük avtomobil bazarında satışın azalmasıdır.

Beləki, "Kia Motors"un Çində satışları son iki ildə azalmağa doğru gedir. 

2017-ci ildə "Kia Motors"un Çindəki satışı 44 faiz azalmışdı. Ötən il satış 9 faiz çoxalsa da, şirkətin planlaşdırdığı hədəfə çatmayıb. 

Hazırda "Kia Motors"un Çində illik ümumi istehsal gücü 900 min avtomobilə yaxın olan 3 zavodu fəaliyyət göstərir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR