Keçmiş mer prezident seçkisində liderlik edir

Salvadorun paytaxtı San-Salvadorun keçmiş meri, Böyük Mühafizəkarlar Alyansından Nayib Bukele ötən gün ölkədə baş tutan prezident seçkilərində qalib gəldiyini bildirib.

Bu barədə Bukele "Prensa Grafica" portalına deyib.

"Bəli, biz artıq əminliklə deyə bilərik ki, prezident seçkilərinin ilk turunda qalib gəldik. Seçkiyə gələn hər kəsə təşəkkür edirəm", - o bildirib.

Namizəd tərəfdarlarına paytaxtın tarixi mərkəzinə qələbəni qeyd etmək üçün toplaşmaq çağırışı da edib.

Qeyd edək ki, seçki bülletenlərinin 44,31%-nin (2,3 milyon səs) hesablanmasından sonra Bukele 53,79 faizlə liderlik edir. İkinci yerdə ultrosağçı Milli Alyansın namizədi Karlos Kalyexa 31,62%-lə gəlir.

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR