Meksika narkomafiya ilə müharibəni dayandırdı

Başçıların saxlanılması artıq hakimiyyətin strategiyası deyil.

Meksika narkomafiyaya qarşı müharibəni dayandırır və sülh istəyir.

"RİA Novosti" xəbər verir ki, bu barədə ölkə prezidenti Andres Manuel Lopes Obrador bəyanat verib.

Onun sözlərinə görə, hakimiyyət qətllərin sayının azalmasına, insanların talan edilməsi və qaçırılması hallarının azaldılmasına istiqamətlənir və kartel liderlərinin həbsini başlıca məqsəd hesab etmir. Prezident əlavə edib ki, başçıların saxlanılması artıq onların strategiyası deyil.

Cinayətkarlığa qarşı müharibəni 2006-cı ildə o zaman Meksikanın prezidenti olan Felipe Kalderone elan etmişdi.

O, narkomafiyaya qarşı mübarizəyə ordu hissələrini cəlb etmişdi, polis qüvvələrində islahatlar aparmışdı və cinayət dünyasının başçılarına qarşı ov elan etmişdi.

F.Kalderonenin sələfi Enrike Penya Nyeto müharibəni davam etdirmişdi. Onun dövründə məşhur narkobaronlar, o cümlədən, "Sinaloa" kartelinin El Çapo (Cırtdan) ləqəbli rəhbəri Xoakin Qusman zərərsizləşdirilmiş və həbs olunmuşdu.

Daha əvvəl, yanvarın 16-da kolumbiyalı narkotacir Aleks Sifuentesa Meksikanın keçmiş prezidenti E.Nyetonu narkobaron X.Qusmandan rüşvət almaqda təqsirləndirib. Onun sözlərinə görə, X.Qusman 2012-ci ildə E.Nyeto prezident vəzifəsinə keçməmişdən bir neçə ay əvvəl ona 100 milyon dollar pul ödəyib.(oxu.az)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR