Şatdaun FTB agentlərinin antiterror əməliyyatları aparmasına mane olur

ABŞ-da hökumətin işinin qismən dayandırılması Federal Təhqiqatlar Bürosunun (FTB) agentlərinin işinə mane olur.

FTB agentləri Assosiasiyasının hesabatında şatdaunun bütün dünya üzrə antiterror və əks-kəşfiyyat əməliyyatları aparılmasına maneə törətdiyi vurğulanır.

Qeyd olunur ki, FTB əməkdaşları ödəniş həyata keçirilmədiyindən məlumatvericilər və tərcüməçilərlə işdə çətinlik çəkirlər.

FTB-nin 13 min xüsusi agentinin əksəriyyəti ödənişsiz işləməyə davam etmək məcburiyyətindədir.

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR