Rusiyanın Suriyada ABŞ-a qurduğu "tələ"

Siyasi məqalələr ilə gündəmdən düşməyən Strateji Mədəniyyət Fondu Rusiyanın Suriyaya yerləşdirdiyi S-300-lə bağlı diqqətçəkən məqalə yayımlayıb.

Məqalədə S-300-lərin İsrail üçün deyil, ABŞ üçün böyük təhlükə təşkil etdiyi deyilir.

Bildirilir ki, F-35-lər asanlıqla S-300-lərin hədəfinə çevrilə bilər:

"İsrail malik olduğu bir neçə F-35-lə artıq Suriyadakı İran obyektlərinə zərbələr endirib. Sirr deyil ki, NATO və İsrail Yunanıstan tərəfindən satın alınan S-300-lə sınaqlar keçirib. Bu, İsraildə əminlik yaradır ki, onlar Suriyadakı S-300-ləri sıradan çıxaracaqlar. Lakin unutmaq olmaz ki, Suriyaya yerləşdirilən S-300-lər modernləşdirilmiş versiyadır. Bundan əlavə, S-300-lər yeganə avtomatik havadan müdafiə sistemlərinə inteqrasiya ediləcək".

axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR