Bu ölkə Putinə 3 köhnə qırıcı hədiyyə edir

Hindistanın Baş naziri Narendra Modi 4-5 oktyabrda Yeni Dehlidə Rusiya Prezidenti Vladimir Putinlə keçirilməsi nəzərdə tutulan zirvə zamanı Rusiya liderinə Sovet dönəmində bu ölkəyə satılan 3 ədəd MiQ-21 supersonik qırıcı təyyarə hədiyyə edəcək.

Bu barədə "Hindu Tayms" informasiya yayıb.

Bu hədiyyələr iki ölkə arasındakı münasibətlərin və dərin strateji əməkdaşlığın simvolu olacaq. Zirvə çərçivəsində liderlərin əsas gündəm mövzusu hərbi-texniki sahədə əməkdaşlıq olacaq.

Hədiyyə ediləcək qırıcılardan biri MiQ-21bis, digər ikisi MiQ-21FL tipli təyyarələrdir və hər üçü işlək vəziyyətdədir. Təyyarələrin daşınma xərcini Rusiya qarşılayacaq.

Qeyd edək ki, təyyarələr 1971-ci ildə Hindistanla Pakistan arasındakı döyüşlərdə istifadə olunub.

axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR