II Yelizavetanın gey lakeyi populyarlığının qurbanı oldu

Böyük Britaniya kraliçası II Yelizavetanın lakeyləri arasında gey olduğunu ilk dəfə aşkar etiraf edən 21 yaşlı Olli Roberts özünə həddindən artıq diqqət cəlb etdiyi üçün işindən məhrum olub. 

Artıq Roberts sarayda yaşayan itləri gəzintiyə çıxarmaq, kraliçaya ünvanlanan məktubları ona çatdırmaq və ona şal vermək şərəfinə nail olmayacaq. 

Son zamanlar homoseksuallar haqqında yazan nəşrlər lakeyə böyük diqqət yetirib. Nəticədə Roberts özü haqqında KİV-də şayiə yaymaqda şübhəli bilinib. 

Roberts baş verənlərdən son dərəcə sarsıntı keçirdiyini, gey olduğunu aşkar etiraf edən insan kimi kraliçaya yardım etmək istədiyini bildirib.

www.oxu.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR